Rus deputat: “Ölkədən böyük miqdarda nağd pul çıxarılması dayandırılmalıdır”

Qərb ölkələrini Rusiya Federasiyasının pulu ilə qidalandırmağı dayandırmaq lazımdır ki, bu da Qərbin dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirdən Ukraynanın xeyrinə istifadə edilməsinə cavab olsun.

Musavat.com Lenta.ru-ya istinadla xəbər verir ki, bu barədə Dövlət Dumasının iqtisadi siyasət komitəsinin sədr müavini Mixail Delyaqin bildirib.

O, izah edib ki, Rusiya Federasiyasından kapitalın çıxarılması dayandırılmalıdır.

“Biz Rusiyanın daxilində kapitalın kriminal iqtisadiyyata axmasını dayandırmalıyıq, çünki bu, Qərblə sıx bağlıdır. Böyük miqdarda nağd pul çıxarılmasını da dayandırmaq lazımdır”, - deyə deputat davam edib.

Delyaqin hesab edir ki, Rusiya iqtisadiyyatını deofşorizasiya etmək lazımdır. Deputatın sözlərinə görə, Rusiyada hansısa müəssisə ofşor şirkət vasitəsilə idarə olunursa və onun sahibi nəzarət mərkəzini ölkəyə qaytarmaq istəmirsə, o, sahibsiz əmlak kimi müsadirə edilməlidir. O, qeyd edib ki, bu məqsədlə Rusiya qanunvericiliyində müvafiq normalar var.

“Müvafiq dövlətlərin və onların şirkətlərinin əmlakı müsadirə edilməli, intellektual hüquqları ləğv edilməlidir”, - Delyagin bildirib.

Onun fikrincə, bu, bir günün içində proqram təminatı, mühəndislik və mədəni yaradıcılıq mərkəzinə çevriləcək Rusiyanın sürətli inkişafını təmin edəcək.

Oktyabrın 22-də Yaponiyanın "Nikkei" qəzeti mənbələrə istinadən yazıb ki, G7 ölkələri Rusiya-Ukrayna münaqişəsi bitdikdən sonra Qərb ölkələrində yerləşən Rusiya aktivlərini açmayacaq.

Musavat.com

 

23.10.2024 14:04
277