Rus bloger “Qarabağ ermənilərindir” dedi və döyüldü: “Denən, yaşasın Azərbaycan” - VİDEO

“Qarabağ Ermənistandır” demək rus blogerə baha başa gəlib.

“Tun-2” telelayihəsinin iştirakçısı olan bloger “Qarabağ Ermənistandır” dediyinə görə döyülüb.

İnternetdə canlı yayımların birində vətəndaşlardan birinə “Qarabağ ermənilərindir” deyən rusiyalı bloger German Yaqodkanın döyülməsi ilə bağlı video yayılıb.

Azərbaycanlılar məşhur blogeri tapıb döyüblər, bundan sonra onu diz çökərək üzr istəməyə məcbur ediblər ki, bu da lentə alınıb və yayılıb.

Xatırladaq ki, rusiyalı bir hərbi jurnalist vardı, Vətən müharibəsi dövründə ermənipərəst mövqe nümayiş etdirən Semyon Peqov. Həmin o Qarabağı su yoluna döndərən Peqovun cəzasını isə Allah verdi. Belə ki, Semyon Peqovun ayağı amputasiya olunduğu sosial şəbəkələrdə yayıldı. Kadrlarda Peqovun sağ ayağının diz nayihəsindən aşağı amputasiya edildiyi görünürdü. Semyon Peqov oktyabrın 23-də Donetsk yaxınlığında minaya düşdü. O, Donetsk xəstəxanasına yerləşdirilərək, ayağından əməliyyat olundu. (Adalet.az)

13.07.2024 17:29
2835