Rumıniyada yaşayan soydaşlarımız səfirliyimizdə təyyarə qəzasında həlak olanları yad edib

Bakı-Qrozni reysi ilə uçan təyyarənin qəzaya uğraması nəticəsində dünyasını dəyişən insanların xatirəsini anmaq üçün Rumıniyada yaşayan soydaşlarımız Buxarestdəki səfirliyimizə gül dəstələri gətirirlər.

Musavat.com xəbər verir ki, həmçinin səfirlikdə həlak olanların xatirəsini yad etmək üçün açılan başsağlığı kitabına Rumıniyada akkreditə olan diplomatik korpusun nümayəndələri ürək sözlərini yazırlar.

Musavat.com

26.12.2024 20:26
506