Rumıniyada parlament binası yandırıldı

Rumıniyanın paytaxtı Buxarestdə parlament binasının ziyarətçilər üçün nəzərdə tutulmuş hissəsi hələlik şəxsiyyəti məlum olmayan bir nəfər tərəfindən yandırılıb.

Məlumata görə, binada olan 300 nəfər təxliyə edilib. Hadisə yerindən qaçan cinayətkarın tutulması üçün işlər aparılır. Hücumun səbəbi bilinməsə də, hadisə nəticəsində xəsarət alan olmayıb.

Yanğınsöndürənlərin müdaxiləsi ilə alov söndürülüb.//Oxu.Az

18.09.2024 03:34
390