Rumıniya prezidenti Klaus Yohannis NATO-nun baş katibi postuna namizədliyini irəli sürmək qərarına gəlib.
Musavat.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
O, namizədliyini bu gün açıqlayıb:
“Mən NATO-nun baş katibi vəzifəsi üçün müsabiqədə iştirak etmək qərarına gəldim. Bu qərar Rumıniya prezidenti kimi əldə etdiyim təcrübə, NATO, Avropa və regionumuzun üzləşdiyi problemləri dərindən dərk etməmə əsaslanaraq qəbul edilib", - deyə siyasətçi bildirib.
Yohannis, həmçinin vurğulayıb ki, Alyans “missiyası ilə bağlı baxışını yenidən nəzərdən keçirməlidir”. O əlavə edib ki, Şərqi Avropa ölkələri NATO-nun əsas qərar qəbul etmə prosesinə mühüm töhfə verir.
Nigar HƏSƏNLİ,
Musavat.com