"Rumble"ın yaradıcısı Durovun həbsindən sonra Avropanı tərk etdi

“Rumble” videohostinqinin yaradıcısı Kris Pavlovski “Telegram” messencerinin baş direktoru Pavel Durovun həbsindən sonra Avropa İttifaqını tərk edib.

“Report” xəbər verir ki, bu barədə Kris Pavlovski “X” hesabında paylaşım edib.

“Mən Avropanı sağ-salamat tərk etdim”, - deyə paylaşımda qeyd edilib.

Onun sözlərinə görə, Fransa hakimiyyəti videohostinq saytını hədələyib və indi söz azadlığını məhdudlaşdırmadığına görə “Telegram”ın qurucusunu həbs etməklə qırmızı xətti keçib.

26.08.2024 04:23
938