İş xanımı Ruhi Əliyeva Türkiyənin məşhur müğənnisi Sibel Canla görüşüb.
Musavat.com Olay-a istinadla xəbər verir ki, onlar sənətçinin Bodrumdakı konsertindən sonra bir araya gəliblər. Belə ki, müğənni iş xanımını Bodrum Antik Teatrındakı musiqili gecəsinə dəvət edib.
O, konsertində iştirak edən R.Əliyevanı daha sonra kulisində qonaq edib.