Rüfət İsmayılov saxlanıldı

Dağıstanın daxili işlər nazirinin müavini Rüfət İsmayılov saxlanılıb.

Musavat.com APA-ya istinadən bildirir ki, bu barədə TASS Dağıstan Respublikasının Daxili İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

Nazir müavinin saxlanılması səbəbləri dəqiq məlum deyil, bəzi mənbələrin sözlərinə görə, İsmayılov rüşvət almaqda şübhəli bilinir.

Hazırda onun yaşadığı mənzildə və iş yerində axtarışlar həyata keçirilir.

07.11.2023 14:36
8922