Rublun yuana nəzərən məzənnəsi 12 ayın minimumuna düşdü

Moskva birjasında Rusiya rublu Çin yuanına nəzərən ciddi məzənnə itkisinə məruz qalıb.

Musavat.com TASS-a istinadən xəbər verir ki, hərraclar zamanı rubl keçən il oktyabrın ortalarından bəri minimum dəyərini yeniləyib: Yuanın məzənnəsi saat 13,5095 rubla qədər bahalaşıb. Bu, 6,3 qəpik bahalaşma deməkdir.

Bundan əlavə, rubl dollar və avroya münasibətdə də dəyər itirib. Rusiya Mərkəzi Bankı dolların birjadankənar valyuta bazarında banklararası konvertasiya əməliyyatlarının nəticələrinə əsasən dollar və avronun rəsmi məzənnəsini artırıb. Oktyabrın 8-də dollar 1 1,1949 rubl artaraq 96,0649 rubl, avronun məzənnəsi isə 56,45 qəpik artaraq 105,3069 rubl təşkil edib.

 

Musavat.com

07.10.2024 22:51
268