Rubl sürətlə çökür: Bunun Azərbaycana hansı təsiri var?

Bu ilin yanvar-iyul ayları ərzində Rusiyanın milli valyutasının ölkənin əsas ticarət tərəfdaşlarının valyutalalarından ibarət valyuta səbətinə nəzərən real effektiv məzənnəsi 26,4 faiz azalıb.

Musavat.com Rusiya Mərkəzi Bankına istinadən xəbər verir ki, yalnız iyul ayında rublun real effektiv məzənnəsi iyunla müqayisədə 7,7 faiz azalıb.

Avqustun ötən dövründə də rubl əsas valyutalara münasibətdə sürətlə dəyərsizləşir. Bu gün Moskva valyuta birjasında keçirilən hərraclarda 1 dollar 99 rubldan yuxarı, 1 avro isə 109 rubla ticarət olunub.

Qeyd edək ki, Azərbaycandan Rusiyaya mal ixrac edənlər üçün rublun dəyərsizləşməsi zərərli prosesdir. Rusiyanın xüsusilə Azərbaycanın kənd təsərrüfatı məhsulları üçün əsas ixrac bazarı olduğunu nəzərə alsaq, aqrar sektorun rublun məzənnə itkisindən zərər çəkdiyini söyləyə bilərik.

Musavat.com

12.08.2023 11:31
8070