ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton ümid edir ki, Vladimir Putin və Donald Tramp arasındakı danışıqlar Ukrayna münaqişəsinin həllinə təkan verəcək.
Musavat.com xəbər verir ki, Rubio əlavə edib: “Biz məhz buna görə görüşdük”.
Onun sözlərinə görə, Rusiya və ABŞ arasında münasibətlərin normallaşması üçün hələ uzun və davamlı diplomatik prosesə ehtiyac var.
Musavat.com