Rubinyandan Türkiyə ilə bağlı İLGİNC AÇIQLAMA

"Başlanan dialoq sayəsində Ankara və İrəvanın mövqeləri bir-birinə daha aydın olub və bu proses davam etdirilməlidir".

Musavat.com xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan deyib.

Yerli jurnalistlər Rubinyana Türkiyə-Ermənistan münasibətlərinin qurulmasının Azərbaycan-Ermənistan nizamlanmasına bağlı olub-olmadığı barədə sual ünvanlayıblar.

Onun bu suala cavabı maraqlı olub. Ruben Rubinyanın sözlərinə görə, türkiyəli həmkarı ilə son görüşdə tərəflərin prosesin ilkin şərt olmadan irəliləməsinə hazır olduqları görünüb.

Bundan başqa, Rubinyan Türkiyə ilə münasibətlərin Azərbaycanla müqayisədə daha tez həll oluna biləcəyini də istisna etməyib.

Musavat.com

24.10.2024 15:12
713