Ruben Vardanyanın uşaqları BƏYANAT VERDİLƏR

 

 

Qondarma rejimin "dövlət naziri" Ruben Vardanyanın uşaqları dünya liderlərinə, hüquq müdafiəçiləri və mediaya müraciət ediblər.

Musavat.com xəbər verir ki, həmin müraciətdə Vardanyanın 4 övladı onun azad olunmasına görə kömək istəyirlər.

“Biz istəmirik ki, atamız bölgədəki siyasi münaqişənin növbəti qurbanına çevrilsin. Atamızın sağ-salamat yanımıza qayıtması üçün dua edir və sizdən kömək diləyirik”,-deyə müraciətdə bildirilib.

Qeyd edək ki, sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının dövlət naziri” vəzifəsində çalışmış, 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb. Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib.

gggyyyyttt.jpeg (90 KB)

 

Musavat.com

02.10.2023 13:29
2730