“Rusiyaya çoxlu suallarımız var, amma biz özümüz nə etmişik?”
Musavat.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu bu gün “desant” iş adamı Ruben Vardanyan deyib.
“Əgər biz Qarabağ məsələsində nəsə etmək istəyiriksə və Rusiyanın mövqeyini dəyişməsini istəyiriksə, bunun bizə fayda verməsi üçün nə etmək lazımdır? Axı indi Qarabağda 2000 rus əsgəri var və biz (ermənilər) onların bizi qoruması, bizə nifrət etməməsi və buradan tez bir zamanda getməmələri üçün çalışmalıyıq. Əgər hər tərəfdən mənə “Kremlin agenti”, “Britaniyanın agenti”, “Köçəryanın və Serj Sarkisyanın agenti” kimi müxtəlif damğalar vurmağa çalışırlarsa, deməli, mən hər şeyi düzgün edirəm”, - R.Vardanyan bildirib.
Vardanyan Ermənistan hakimiyyətinin nümayəndələrinin onu hakimiyyətə gəlmək üçün Qarabağdan sadəcə bir platforma kimi istifadə etməkdə ittiham etməsi ilə bağlı iradlara cavab verib və etiraf da edib.
“Bu gün Ermənistanı idarə edən insanlar səriştəsizdirlər, nə etdiklərini başa düşmürlər, təcrübələri yoxdur və öyrənmək istəmirlər. Çox yüksək peşəkarların daxil olduğu diasporu cəlb etmirlər. Əminliklə deyə bilərəm ki, bu səlahiyyətlilər nəinki nə edəcəklərini bilmirlər, bunu etməyə imkanları yoxdur və öyrənmək istəmirlər. Verdikləri vədlərin heç birinə əməl etmədilər. Konstitusiyanı dəyişmədilər, təhlükəsizliyimizi təmin edə bilmədilər. Bəli, mən bütün sağlam qüvvələrlə birləşməyə və Ermənistanda hakimiyyətin tezliklə dəyişdirilməsini dəstəkləməyə hazıram”, - deyə Ruben Vardanyan qeyd edib.
Musavat.com