Ruben Vardanyan artıq "Kamaz" sahibi deyil

 

“Troika Dialoq” şirkətinin qurucusu, Qarabağdakı terrorçu fəaliyyətinə görə Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən həbs edilən Ruben Vardanyan, artıq “KAMAZ” şirkətinin səhmdarları arasında yoxdur.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Tatarıstan şirkətinin səhmdarları siyahısında Vardanyanın adına qeyd olunan Avtoinvest MMC artıq yer almır.

Vardanyan həmin şirkətin 15%-lik səhmlərinə sahib olub. Moskva birjasında onun əlindəki səhmlərin dəyəri təxminən 3.11 milyard rubl civarında qiymətləndirilir. Vardanyanın səhmləri “Rostex” şirkətinin rəhbərinin birinci müavini, AVTOVAZ-ın keçmiş prezidenti və Samara vilayətinin keçmiş qubernatoru Vladimir Artyakovun oğlu Dmitri Artyakova keçib.

Musavat.com

21.10.2024 13:29
634