Qarabağdakı separatçı hakimiyyət Nikolun göstərişlərini və planını həyata keçirir.
Musavat.com erməni mediaasına istinadən xəbər verir ki, bu barədə separatçı rejimin qondarma “ombudsmanı” olmuş Ruben Melikyan öz Facebook səhifəsində yazıb:
“Bundan sonra mən şübhə etmirəm ki, son günlər “Artsax hakimiyyəti” (separat rejim-red.) Nikolun əmri ilə məşğuldur. Mənasız etirazlar təşkil edir, kütləvi etiraz və qəzəbin artmasına imkan vermir, məsuliyyəti erməni xalqının düşməni Nikoldan yayındırır və nəhayət, 2018-ci ildə Azərbaycan-Türkiyə meylli hakimiyyətin əsas məqsədini həyata keçirməsinə-Qarabağın tamamilə Azərbaycanın tərkibinə keçməsi prosesinə kömək göstəririrlər.
Səbəb nədir: beyinsizlik, onurğasızlıq, namussuzluq, maddi maraq? bilmirəm. Əslində, fərq etmir. Ar olsun onlara!”,-deyə Melikyan yazıb.
Musavat.com