Roza Zərgərlinin verilişi bağlandı

Müğənni Roza Zərgərlinin ARB TV-də yayımlanan "Tam vaxtıdır" proqramı bağlanıb.

Sfera.az xəbər verir ki, bu barədə müğənni "Bağ havası" verilişində danışıb. O, yeni mövsümdən verilişinin davam etməyəcəyini bildirib.

Roza Zərgəli yeni televiziya mövsümündə aparıcılıq etməyi düşünmədiyini də qeyd edib.

01.08.2022 01:32
1567