Roza Zərgərlinin verilişi bağlandı

Müğənni Roza Zərgərlinin ARB TV-də yayımlanan "Tam vaxtıdır" proqramı bağlanıb.

Musavat.com Axşam.az-a istinadən xəbər verir ki, sənətçi yeni mövsümdən verilişinin davam etməyəcəyini bildirib.

Bu haqda Roza "Bağ havası" verilişində danışıb.

Sənətçi əlavə edib ki, yeni televiziya mövsümündə aparıcılıq etməyi düşünmür.

31.07.2022 22:37
3838