Röya illərdir küsülü olduğu Flora Kərimova ilə BARIŞDI - FOTO

Xalq artisti Röya Ayxan 8 Mart öncəsi illərdir küsülü olduğu Xalq artisti Flora Kərimova ilə görüşüb.

Sənətçi bayramöncəsi onun evinə gedərək, qarşıdan gələn Beynəlxalq Qadınlar Bayramını təbrik edib. Onlar uzun illərdir davam edən soyuq münasibətlərə son qoyublar.

“Bəli, çox şey yaşadıq! Amma gözəl şeylər də oldu. Bu dəli-dolu Röyanı böyümüş görmək özümün də xoşuma gəldi. Sabah dolu bir günüm olduğu üçün özümə borc bildim ki, bu gün Flora xanım Kərimovanı təbrik edim. Sağlam ömür və yeni mahnılar arzulayıram”, - deyə Röya Ayxan bildirib.//Publika.az

07.03.2024 19:48
2094