Xalq artisti Röya Ayxan küsülü olduğu Xalq artisti Flora Kərimova ilə görüşüb.
Bu barədə R.Ayxan sosial media hesabında paylaşım edib.
O bildirib ki, Flora Kərimovanın evinə gedərək, qarşıdan gələn Beynəlxalq Qadınlar Bayramını təbrik edib:
“Bəli, çox şey yaşadıq! Amma gözəl şeylər də oldu. Bu dəli-dolu Röyanı böyümüş görmək özümün də xoşuma gəldi. Sabah dolu bir günüm olduğu üçün özümə borc bildim ki, bu gün Flora xanım Kərimovanı təbrik edim. Sağlam ömür arzulayıram və yeni mahnılar”. (konkret.az)