Röya "Gəl mənimlə"ni təqdim etdi

Xalq artisti Röya Ayxan “Gəl mənimlə” adlı yeni mahnı və klipini təqdim edib.

Musavat.com xəbər verir ki, sözləri, musiqisi və oranjemanı Kənan Zeynalova məxsus olan bəstəni türkiyəli rejissor Müjdat Kupşi ekranlaşdırıb.

Röya klipdə fərqli obrazlarda görünüb. Onun geyimləri türkiyəli modelyer Gülşah Saracoğlu tərəfindən hazırlanıb.

Musavat.com

04.03.2025 16:29
1131