Röya Ayxanın konsertinə atası ilə qayınanası gəldi - VİDEO

Xəbər verdiyimiz kimi, Xalq artisti Röya Ayxanın sentyabrın 1,2 və 3-də Konqres Mərkəzində keçirilən "Biri var" adlı canlı solo konsertinin iki günü qeridə qalıb.

Sənətçi gecədə repertuarında yer alan, eyni zamanda yeni "14/41" albomuna daxil olan 22 mahnı səsləndirib.

Səhnə şousu üçün Röya xaricdən bahalı "Kuka" robotunu gətizdirib. Sözügedən robotun köməyi ilə müğənni bir neçə dəfə göyə qalxıb və mexanizmə birləşən kvadrat qurğunun içində uzanaraq mahnılarını ifa edib.

Gecədə üç geyim dəyişdirən estrada ulduzunun makiyajı və imici üzərində stilist Elnur Həsənov çalışıb. Diqqət çəkən məqam isə konsertin ikinci günündə Xalq artistinin musiqiçi atası Yaqub Nəcəfovun və keçmiş həyat yoldaşı Anar Cəlilovun anasının iştirak etməsi olub.

Həddən artıq həyacanlı olduğunu dilə gətirən Röya gecənin ikinci günündə baş vermiş texniki qüsurların aradan qaldırıldığını bildirib.

Qeyd edək ki, bu gün Röyanın Konqres Mərkəzində anşlaqla keçən konsertinin sonuncu, yəni üçüncü günü olacaq. (bizim.media)

03.09.2023 21:49
1822