Rostovdakı YANĞINLAR evlərə keçdi, müharibə Krasnodara çatdı, Belqorod BOMBALANIR... - CANLI

Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətində rus ordusuna məxsus hərbi texnikanı məhv edib. "Telegram" kanallarında video yayılıb.

Rusiyanın Voronej vilayətində pilotsuz uçuş aparatlarının (PUA) gecə hücumu nəticəsində iki nəfər yaralanıb. Vilayət qubernatoru Aleksandr Qusev özünün "Telegram" kanalında məlumat verib. Ukraynaya məxsus PUA-ların hücumu nəticəsində yaralanan iki qadından biri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Məlumata görə, PUA-ların gecə hücumundan sonra vilayətin üç yaşayış məntəqəsinin ərazisində fövqəladə vəziyyət rejimi tətbiq edilib.

“Ruslar tədricən Xarkov vilayətindən sıxışdırılır və işğalçılar bu ərazidə qalmayacaq”. Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna Dövlət Bayrağı Günündə xarkovluları təbrik edərkən deyib. "Bu gün mən Xarkova təşəkkür etmək istəyirəm - bu, Xarkov günüdür. Həqiqətən qəhrəman şəhər, insanlar və həyat şəhəri. Mən baş komandan Sırski ilə, xüsusən Xarkov vilayətindəki döyüşlərlə bağlı danışdım. Biz rus ordusunu tədricən sıxışdırırıq. Ruslar Xarkovu işğal etməyəcək", - Zelenski söyləyib.

“Ukrayna ordusunun Kursk vilayətinə hücumu Moskvanı Ukraynadakı qoşunlarının bir hissəsini bu vilayətə çəkməyə məcbur edib”. Bunu isə ABŞ Müharibə Araşdırmaları İnstitutu(ISW) son hesabatında yazıb. İnstitutun məlumatına görə, Rusiya hərbi rəhbərliyi əvvəl bunu istəməsə də, hazırda Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində keçirdiyi əməliyyatla əlaqədar Ukraynanın Zaporojye vilayətindəki bir sıra bölmələrini Kurska köçürür.

Eyni zamanda, ISW-nin hesabatına görə, Rusiya Donetsk bölgəsində əsas hücum xəttini, xüsusən də Pokrovsk istiqamətini zəiflətməməyə çalışır. Xatırladaq ki, Ukrayna tərəfinin avqustun 6-da başlatdığı əməliyyat nəticəsində Ukrayna qüvvələri Kursk vilayətinin 90-dan çox yaşayış məntəqəsini ələ keçiriblər. Hətta Ukraynanın nəzarətində olan ərazidə hərbi komendantlıq da yaradılıb.

TVMusavat-ın bu gün saat 12:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun suallarını siyasi şərhçi-jurnalist Fikrət Fəraməzoğlu cavablandırır.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

24.08.2024 11:56
992