Roma Papası Ermənistan və Azərbaycanın sülh bəyannaməsi imzalamasını alqışladı

Roma Papası XIV Leo Ermənistan və Azərbaycanın sülh bəyannaməsi imzalamasını alqışlayıb.

"Vatican News" xəbər verir ki, Papa bu barədə ənənəvi bazar günü xütbəsi zamanı danışıb.

"Ermənistan və Azərbaycanı sülhə dair birgə bəyannamə imzaladıqları üçün təbrik edirəm. Ümid edirəm ki, bu, Qafqazda davamlı sülhün bərqərar olmasına xidmət edəcək", – deyə XIV Leo bildirib.//Report

10.08.2025 15:04
182