Ermənistanın eks-prezidenti Robert Köçəryanın oğlu, deputat Levon Köçəryan Ermənistan İstintaq Komitəsinə çağırılıb.
Musavat.com erməni mediasına istinadən bildirir.
“Mən və Sergey Asaturov sentyabrın 22-də mənə qarşı başlanmış siyasi təqib işi üzrə istintaq komitəsinə çağırıldıq. Bir müddət sonra onların hansı "sürpriz" hazırladıqları məlum olacaq", - Köçəryan Teleqram kanalında yazıb.
Bir qədər sonra isə o, əlavə edib ki, Asaturova qarşı ittiham irəli sürülüb və onlar hələ də İstintaq Komitəsindədirlər.
Musavat.com