Robert Köçəryan “xortladı” və Laçın yolunu müzakirə etdi

Ermənistanın ikinci prezidenti Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” bloku iclas keçirib.

Musavat.com xəbər verir ki, bu barədə “Ermənistan” fraksiyasının deputatı Aqnes Xamoyan yerli mediaya məlumat verib. Onun sözlərinə görə, geniş spektrli məsələlər, o cümlədən “Laçın dəhlizi” məsələsi müzakirə olunub.

Son günlər “Qarabağ klanı”nın rəhbərləri yenidən üzə çıxmağa və Laçın yolundakı vəziyyətlə əlaqədar gündəmə gəlməyə çalışırlar. Serj Sərkisyanın ardınca Köçəryanın “xortlaması” isə onun Qarabağdakı dostu Vitali Balasanyanın “vurulması” fonunda diqqət çəkir.

Musavat.com

10.01.2023 09:30
3132