Rihanna: "Mən səs verə bilmirəm, siz verin"

ABŞ-də qızğın seçki keçirilir və hətta səsvermə hüququ olmayanlar da öz mövqelərini bildirmək fürsətini əldən vermirlər. Məşhur müğənni Rihanna ABŞ vətəndaşlığının olmamasına baxmayaraq, bu məsələyə yumorla yanaşıb.

Oxu.Az xəbər verir ki, bununla bağlı müğənni "Instagram" hesabında avtomobilin pəncərəsindən düşüncəli baxışla baxdığı videonu paylaşıb.

"Oğlumun pasportu ilə seçkiyə girməyə çalışıram", - Rihanna zarafatla yazıb.

Pərəstişkarları onun yumorunu yüksək qiymətləndirib və şərhlərdə onu dəstəkləyiblər. Çoxları Rihannaya ikili vətəndaşlıq haqqında düşünməyi təklif edib ki, gələcəkdə o, şəxsən seçkidə iştirak edə bilsin.

Qeyd edək ki, Rihanna Barbadosdandır və şəxsən seçkidə iştirak edə bilməsə də, amerikalıları fəal şəkildə səs verməyə təşviq edir. 

Screenshot_5.png (365 KB)

05.11.2024 22:20
1150