“Rəy” Monitorinq Mərkəzi 33 seçki dairəsi üzrə 200 seçki məntəqəsində exit-poll keçirib.
Musavat.com xəbər verir ki, mərkəzin direktoru Rizvan Abbasov mətbuat konfransında bildirib ki, exit-poll da supervayzer və intervyuer qismində 300 nəfərə yaxın əməkdaş iştirak edib.
Nəticələr belədir:
İlham Əliyev 92,6 faiz
Zahid Oruc 0,37
Elşad Musayev 0.11
Fazil Mustafa 0.58 faiz
Fuad Əliyev 0,84
Qüdrət Həsənquliyev 0,46
Razi Nurullayev 1,16 faiz
Exit-poll da 0,73 faiz etibarsız bülleten qeydə alınıb. 3,5 faiz exit-poll dan imtina edib.
Nigar HƏSƏNLİ,
Musavat.com