Revmatik xəstəliklərdən əziyyət çəkənlər üçün canlı yayım olacaq

Bu gün Səhiyyə Nazirliyinin rəsmi “İnstagram” səhifəsində növbəti canlı yayım revmatik xəstəliklər haqqında olacaq.

Musavat.com-un məlumatına görə, canlı yayımın qonağı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyevdir.

Yayım ərzində mövzu ilə bağlı sizi maraqlandıran sualları şərh bölməsinə qeyd edə və ya canlı yayımda Zakir bəyə ünvanlaya bilərsiniz.

31.01.2024 12:32
391