“Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyasının hətta hipotetik ehtimalı haqqında hər hansı söhbət əslində Türkiyə-Azərbaycan “işğalına” haqq qazandırmaqdır”.
Musavat.com xəbər verir ki, bu sözlərin müəllifi erməni politoloq Arman Abovyandır.
“Ermənilərin “hüquqları və təhlükəsizliyi” ilə bağlı istənilən sənəd Ermənistan Respublikasının hakimiyyətinin “Artsax”ın (Qarabağda erməni separatçı rejimə qoyulan uydurma ad - red.) könüllü şəkildə məhv edilməsinə razı olması deməkdir.
Birdəfəlik xatırlayın: “inteqrasiya haqqında danışıqlar aparmaq” və ya “türklərlə danışıqlar aparmaq” zərurətində təkid edən erməni soyadlı şəxslər ermənilərin qətlində və qovulmasında iştirak edirlər. Bir daha təkrar edirəm: əgər Qarabağdakı erməni hakimiyyəti yıxılsa, Ermənistanın parçalanması geridönməz xarakter alacaq”, - deyə Abovyan qeyd edib.
Musavat.com