“Qarabağda qarşıdurmanın son mərhələsinə qədəm qoyuruq”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlərin müəllifi erməni separatçı və revanşist siyasi ekspert Hrant Melik-Şahnazaryandır.
“Azərbaycan və onun “yan” soyadlı agentləri (erməniləri nəzərdə tutur-red.) Qarabağa qarşı növbəti oyuna başlayıblar. Onlar özlərinə sərf edən bir “Priqojin” tapıb, onlara “terrorçu” deyirlər, bununla qorxutmağa çalışırlar.
Araik Arutyunyan ermənilərə qarşı yönəlmiş bu siyasətdən nə əldə edir? Cavab qısadır: hakimiyyət illüziyası və Azərbaycanın gələcəkdə onu əfv edəcəyinə dair boş ümidlər”,-deyə Şahnazaryan yazıb.
Musavat.com