Revanşist keşiş HƏRƏKƏTƏ KEÇİR 

“Bu gün payızda daha intensiv aksiyalar üçün formalaşmış hərəkat var”.

Musavat.com xəbər verir ki, bunu “Ermənistan” parlament fraksiyasının deputatı, daşnak İşxan Saqatelyan yerli jurnalistlərlə söhbətində deyib.

Saqatelyanın sözlərinə görə, bu gün axşam İrəvandakı Müqəddəs Anna kilsəsinin həyətində arxiyepiskop Baqrat qarşıdakı planlardan danışacaq:

“Sentyabrın 22-də Baqratın çıxış edəcəyi idman-konsert kompleksində “Müqəddəs mübarizə” adlı hərəkatın toplantısı keçiriləcək. Burada hərəkatın gələcək fəaliyyətləri haqqında daha ətraflı danışılacaq”.

Musavat.com

09.09.2024 13:41
513