Revanşist Abramyandan həyasız ÇIXIŞ

“Azərbaycan tərəfinin təklif etdiyi sülh müqaviləsi Ermənistanın bir daha təcavüzə məruz qalmayacağına təminat vermir”.

Musavat.com xəbər verir ki, bu axmaq və həddini aşan çıxış erməni deputat Tiqran Abramyandan gəlib.

“Sülh müqaviləsi münaqişə tərəfləri arasında mövcud olan bütün problemlərin həllini və ya ən azı konseptual yanaşmaları nəzərdə tutur. Əgər indi Ermənistan tərəfi bu məsələlərin heç birini əks etdirməyən sənədə öz imzasını atırsa, bu, heç bir halda Ermənistanın öz sərhədlərində hücum olunmayacağına zəmanət vermir. Bu cür razılaşmalar tərəflər arasında sülhü təmin etmək üçün nəzərdə tutulub, hamısı kimin nə əldə etməsindən asılıdır”, - deyə erməni deputat bildirib.

Tiqran Abramyanın sözlərinə görə, bu sənəd erməni tərəfinə heç nə verməyəcək, lakin onun imzalanması indiki hakimiyyətin təbliğat məqsədilə istifadə edilməsi və hakim komandanın sülh prosesində nəticə əldə edə bildiyi barədə seçki mifinin yaradılması üçün zəruridir.

Musavat.com

16.08.2024 17:03
1047