Restorandan qaçan turistlərin hesabını baş nazir ödədi

Albaniyada maraqlı hadisə yaşanıb.

Musavat.com xarici mediyaya istinadən xəbər verir ki, İtaliyanın baş naziri Giorgia Meloni Albaniyanın Berat şəhərində restoranda yeyib-içib, hesab ödəmədən qaçan bir qrup italiyalı turistin pulunu öz cibindən ödəyib.

Səfirlik mətbuat mənsublarına sözü gedən hesabın 80 avro olduğunu bildirib.

Musavat.com

19.08.2023 12:35
1737