Restoranda silahlı QARŞIDURMA – YARALANANLAR VAR

İzmir Ədliyyəsi qarşısındakı restoranda iki qrup arasında silahlı qarşıdurma baş verib.

Hadisə zamanı yaralananların olduğu öyrənilib.

Məlumata əsasən, İzmir Ədliyyəsinin C qapısı ilə üzbəüz restoranda baş verən hadisədə iki qrup restoranın içərisində silahla toqquşub.

Yaralanan şəxslərin xəstəxanaya aparıldığı bildirilib./Medianews.az

25.09.2023 18:20
1837