Qazaxıstanın keçmiş iqtisadiyyat naziri Kuandık Bişimbayev Astanadakı restoranlardan birində həyat yoldaşı Səltənət Nukenovanı mübahisə zəminində döyərək öldürüb.
Bu barədə KazTAG məlumat yayıb.
Bildirilib ki, 1992-ci il təvəllüdlü qadın “Bau” restoranında yerləşən “Gastrocenter”də təcili yardım gələnə qədər dünyasını dəyişib.
Sabiq nazir saxlanılıb.
Xatırladaq ki, K.Bişimbayev 2018-ci il martın 14-də rüşvət almaqda, başqalarının əmlakını mənimsəmədə ittiham edilib. Məhkəmə onu 10 il müddətinə azadlıqdan məhrum edib, lakin o, vaxtından əvvəl azadlığa çıxıb. (Axar.az)