Restoranda atışma: Avropa çempionu həbs edildi

Moskvanın mərkəzində, Şlyuzovaya sahilindəki “Paulaner Brauhaus” restoranında atışma olub.

Davanın səbəbkarı boks üzrə Avropa çempionu Nikita İvanov olub. Hadisə şahidlərinin sözlərinə görə, sərxoş idmançı qapını müəssisənin qonaqlarından biri ilə bölüşə bilməyib və mühafizəçilər onları ayırmağa başlayanda o, travmatik silahdan atəş açıb.

Hücum edən 37 yaşlı beynəlxalq idman ustası, Avropa çempionatının qızıl və gümüş medallarının sahibidir. Əvvəllər o, başqa bir boksçu ilə dalaşdığı üçün artıq məhkəmə qarşısına çıxarılmışdı, bundan sonra o, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.

Nikita İvanov hadisə yerinə gələn polis əməkdaşları tərəfindən saxlanılıb. Atışma nəticəsində 4 nəfər yaralanıb, onların hamısı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.//Publika.az 

06.11.2023 09:40
2151