Rəşt-Astara dəmiryol xətti ilə bağlı MÜHÜM AÇIQLAMA

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin komponenti olan Rəşt-Astara dəmiryol xəttinin tikintisi 2028-ci ildə başa çatacaq.

Musavat.com-un xəbərinə görə, bu barədə Rusiyanın nəqliyyat naziri Vitali Savelyev Dövlət Dumasında məlumat verib.

Nazir bildirib ki, Şimal-Cənub dəhlizinin qərb marşrutunun inkişafı çərçivəsində inşa olunan xətt 2028-ci ildə tam istifadəyə hazır olacaq.

Xatırladaq ki, Rəşt-Astara dəmiryol xəttinin tikintisi üzrə Rusiya ilə İran arasında bu ilin mayında müqavilə imzalanıb. Müqaviləyə əsasən, iki ölkə tikinti işlərini birlikdə həyata keçirəcək. Layihənin maliyyələşməsi üçün Rusiya tərəfi İrana 1,6 milyard dollar dövlət krediti ayırıb.

Musavat.com

26.07.2023 13:00
942