Rəsmi İrəvandan sülh sazişi ilə bağlı SON DƏQİQƏ açıqlaması: "Razılaşdırmışıq..."

Ermənistan Xarici İşlər Nazirliyi Bakının sülh müqaviləsinin mətninin son iki bəndinin razılaşdırılması ilə bağlı bəyanatını təsdiqləyib.

Musavat.com xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Ermənistan XİN-in açıqlamasına görə, sənəd imzalanmağa hazırdır.

Nazirlik İrəvanın razılaşmanın imzalanma vaxtı və yeri üzrə Bakı ilə məsləhətləşmələrə başlamağa hazır olduğunu bildirib.

Musavat.com

13.03.2025 17:23
1247