Ermənistan Nazirlər Kabineti Azərbaycanın anklav olmayan 4 kəndini (Qazaxın Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli kəndləri) tələb etməsi ilə bağlı yerli medianın sorğusunu cavablandırıb.
Musavat.com axar.az-a istinadən bildirir ki, Ermənistan Baş nazirliyi görüşlərdən sonra iki ölkə tərəfindən təsdiq edilmiş iş proseduruna uyğun olaraq, rəsmi press-relizlərdən kənarda dəqiqləşdirmələrə və şərhlərə icazə verilmədiyini diqqətə çatdırıb.
Qeyd edilib ki, son görüşdə bu məsələ ilə bağlı başqa razılıq əldə olunmayıb:
"Ermənistan üçün məqbul yanaşma qanuni qüvvəyə malik hüquqi sənədlər əsasında bu ərazilərin delimitasiyası və demarkasiyasına yanaşmadan çıxış edərək, sonradan eksklavlar/anklavlar məsələsinə baxılmasıdır".