Avropa Parlamentinin (AP) Beynəlxalq Ticarət Komitəsi Ukraynaya 35 milyard avro məbləğində Avropa kreditinin verilməsi mexanizmini təsdiqləyib.
Musavat.com AP mətbuat xidmətinin açıqlamasına istinadən xəbər verir ki, kredit Rusiya aktivlərindən əldə edilən gəlirlə ödəniləcək.
Səsvermənin nəticələrindən sonra iclasa sədrlik edən komitə rəhbərinin müavini Bird Lan bildirib ki, sənəd "dəyişikliklər olmadan səs çoxluğu ilə qəbul edilib". İndi sənəd Avropa Parlamentinin Strasburqda keçiriləcək sessiyasında təsdiq edilməli, sonra isə Aİ Şurası tərəfindən təsdiqlənməlidir.
Aİ-nin bu 35 milyard avroluq kreditinin G7-nin ümumi məbləği 50 milyard dollar və ya 45 milyard avro təşkil edən kredit xəttinin bir hissəsi olması nəzərdə tutulur.
Musavat.com