Rəşadın ailəsinə kömək adıyla dələduzluq

Bir neçə gün öncə həbs edilən Rəşad Dağlının ailəsinə qarşı dələduzluq edilib.

Musavat.com “olay”a istinadən xəbər verir ki, meyxanaçının oğlu Yusifin adı ilə TikTok hesabı açan naməlum şəxslər insanlardan kömək üçün pul yığıb.

Bu barədə Dağlının instaqram hesabında məlumat paylaşılıb.

Sözügedən yardımla heç bir əlaqəsinin olmadığını bildirən ailəsi insanları bu cür saxtakarlara aldanmamağa çağırıb.

13.11.2022 22:36
1624