Rəşad Nəbiyev Zaqatalada şəhid ailəsini ziyarət edib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev vətəndaşların qəbulu ilə əlaqədar Zaqatala rayonuna səfəri çərçivəsində şəhid polkovnik-leytenant Hacıyev Abakar Məhəmməd oğlunun ailəsini ziyarət edib.

Musavat.com xəbər verir ki, görüşdə ailə üzvləri şəhidlə bağlı xatirələrini bölüşüb, onun keçdiyi rəşadətli döyüş yolundan danışıblar.

17.10.2023 12:08
341