Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
Bu barədə Musavat.com-a nazirlikdən məlumat verilib.
Rəşad Nəbiyev vətəndaşları Salyan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində 21 noyabr 2023-cü il tarixində saat 09:30-da qəbul edəcək.
Qəbula 20 noyabr 2023-cü il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655) və elektron poçtu ([email protected]), həmçinin 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.