Rəşad Nəbiyev Salyanda şəhid ailəsini ziyarət edib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev vətəndaşların qəbulu ilə əlaqədar Salyan rayonuna səfəri çərçivəsində şəhid mayor Vidadi Əhmədovun ailəsini ziyarət edib.

Bu barədə Musavat.com-a nazirlikdən məlumat verilib.

Görüşdə ailə üzvləri şəhidlə bağlı xatirələrini bölüşüb, onun keçdiyi rəşadətli döyüş yolundan danışıblar.

27.11.2023 17:14
615