Rəşad Nəbiyev Naxçıvanda vətəndaşları qəbul edəcək

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 18 yanvar 2024-cü il tarixində saat 09:00-da Naxçıvan şəhərində yerləşən Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin inzibati binasında Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarının, həmçinin Naxçıvan şəhərinin sakinlərini qəbul edəcək.

Nazirlikdən Musavat.com-a verilən məlumata görə, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda yanvar ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.

Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula 17 yanvar 2024-cü il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar, həmçinin Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 036 550 99 01 və 010 230 71 65 nömrəli telefonları vasitəsilə yazılmaq mümkündür.

Musavat.com

09.01.2024 12:07
1084