Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Misir Ərəb Respublikasının beynəlxalq əməkdaşlıq naziri Rania Al-Maşatla görüşüb.
Musavat.com xəbər verir ki, görüşdə iki ölkə arasında müvafiq sahələrdə əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və Misir tərəfinin Orta Dəhlizlə daşımalara cəlb olunması məsələləri müzakirə olunub.
Həmçinin Azərbaycan və Misir arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiya çərçivəsində növbəti addımlar, o cümlədən biznes dairələri arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.