Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanda səfərdə olan Gürcüstan Parlamentinin Sektor İqtisadiyyatı və İqtisadi Siyasət Komitəsinin sədri David Sonqulaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Musavat.com-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
Məlumata görə, görüşdə Azərbaycan və Gürcüstan arasında nəqliyyat və İKT sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Bu istiqamətlər üzrə görülən işlərə dair fikir mübadiləsi aparılıb.