Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid İTV-nin efirində, aparıcı Vüsalə Məmmədovaya Xankəndi stadionunda baş tutmuş "Qarabağ" - MOİK matçı ilə bağlı sevincini bölüşüb.
Musavat.com həmin çıxışı təqdim edir:
Xatırladaq ki, dünən futbol üzrə Azərbaycan kubokunda tarixi oyun keçirilib. Turnirin 1/8 final mərhələsində Ağdamın "Qarabağ" klubu MOİK-lə Xankəndi şəhərində qarşılaşıb. Xankəndi şəhər stadionundakı qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. 90+3-cü dəqiqədə Nəriman Axundzadə qələbə qoluna imza atıb.
Musavat.com