Rəşad Dağlıya təcridxanada xəsarət yetirilib? - Vəkilindən AÇIQLAMA

"Rəşad Dağlıya Bakı İstintaq Təcridxanasında xəsarət yetirilməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil".

Musavat.com xəbər verir ki, bu barədə "Qafqazinfo"ya açıqlamasında qonşusu İsgəndər Mehdiyevi qətlə yetirməkdə təqsirli bilinən meyxanaçının vəkili Elvin Əliyev bildirib.

O qeyd edib ki, yayılan məlumatlar şayiə xarakterlidir: "Bununla bağlı təcridxananın rəhbərliyi ilə də əlaqə saxlamışıq, yayılan məlumatlar həqiqətə uyğun deyil".

13.11.2022 20:17
2844